"ABŞ Müctəba Xameneinin sağ olduğuna, lakin ağır yaralandığına inanır" - Tramp
ABŞ İranın yeni ali lideri Müctəba Xameneinin sağ olduğuna, lakin ağır yaralandığına inanır.
Redaktor.az xəbər verir ki, bu sözləri ABŞ Prezidenti Donald Tramp "New York Post" qəzetinə verdiyi müsahibədə bildirib.
Tramp deyib: "Ondan heç kim xəbər almayıb. O, çox ağır yaralanıb".
Vaşinqtonun Xameneinin sağ olduğuna inanıb-inanmadığı ilə bağlı suala Tramp əlavə edib: "Bilmirik. Yəqin ki, bəli, amma son dərəcə pis vəziyyətdədir".
Aminə ŞAHSUVARQIZI













