BMT-nin İnkişaf Proqramı münaqişə nəticəsində ərəb ölkələrinə dəyən ziyanı qiymətləndirdi

 14:40 31.03.2026     234

Yaxın Şərqdə davam edən hərbi münaqişə ərəb ölkələrinə ÜDM-də 120 milyard dollardan 194 milyard dollara qədər ziyan vura bilər.

Redaktor.az xəbər verir ki, bu barədə "Bloomberg" agentliyinin Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının (BMTİP) təhlilinə istinadən verdiyi məlumatda bildirilir.

Ümumi itkilər "regionda işsizlik səviyyəsinin dörd faiz bəndinə qədər artmasına, təxminən 3,6 milyon iş yerinin itirilməsinə və dörd milyona qədər insanın yoxsullaşmasına səbəb ola bilər".

Hesabatın müəllifləri iddia edirlər ki, münaqişə nisbətən tez bitsə belə, Yaxın Şərq ölkələrinə dəyən ziyan əhəmiyyətli ola bilər.

Körfəz Əməkdaşlıq Şurası və Levant ölkələri (İsrail, Suriya, Livan və İordaniya) ən çox zərər çəkə bilər. Üstəlik, bu ölkələrin hər biri ÜDM-nin 5,2%-dən çoxunu itirə bilər.

Aminə ŞAHSUVARQIZI
 

 

Vumart və Güvən reklamı Vumart Güvən