200-dən çox İran vətəndaşı ABŞ və İsraillə əməkdaşlıq etməkdə ittiham olunur

 15:01 31.03.2026     303

İran məhkəmə sisteminin sözçüsü İshaq Cahangiri bildirib ki, İranda 200-dən çox insan düşmənlə əməkdaşlıq etməkdə ittiham olunub.

Redaktor.az xəbər verir ki, o, İranın dövlət televiziyasında açıqlama verib.

Cahangiri deyib: "Düşmənin 200-dən çox muzdlu əsgərinə qarşı ittihamlar irəli sürülüb".

Qeyd olunub ki, fevralın 28-də ABŞ və İsrail İrana qarşı hərbi əməliyyata başlayıb, Tehran da daxil olmaqla böyük şəhərlərə zərbələr endiriblər. İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) isə İsraili hədəf alan genişmiqyaslı cavab əməliyyatı elan edib.

Bildirilib ki, Bəhreyn, İordaniya, İraq, Qətər, Küveyt, BƏƏ və Səudiyyə Ərəbistanındakı ABŞ hərbi obyektləri də zərbələrə məruz qalıb.

Aminə ŞAHSUVARQIZI

Vumart və Güvən reklamı Vumart Güvən