Rusiya İrana qarşı təcavüzün dərhal dayandırılmasını tələb EDİR

 16:18 31.03.2026     207

Rusiya mülki əhaliyə və mülki infrastruktur obyektlərinə qarşı hərbi güc tətbiqini qəbuledilməz hesab edir və ABŞ və İsraili İrana qarşı təcavüzünü dərhal dayandırmağa çağırır.

Redaktor.az-ın TASS-a istinadən verdiyi məlumata görə, Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib.

O, Rusiya Beynəlxalq Münasibətlər Şurasının ümumi iclasında qeyd edib ki, "Rusiya ABŞ və İsrailin İrana qarşı təcavüzünə dərhal son qoyulmasını dəstəkləyir".

Lavrov vurğulayıb ki, "Harada yerləşməsindən asılı olmayaraq - İranda və ya Körfəz Əməkdaşlıq Şurası ölkələrində - mülki şəxslərə və mülki infrastrukturlara qarşı hərbi güc tətbiqini qəbuledilməz hesab edirik".

Fevralın 28-də ABŞ və İsrail İrana qarşı birgə hərbi əməliyyata başlayıb və Tehranı raket və nüvə proqramı hazırlamaqda ittiham ediblər. İran ittihamları rədd edərək İsrailə, eləcə də ABŞ-nin bölgədəki hərbi bazalarına və enerji obyektlərinə qarşı cavab zərbələri endirib.

Aminə ŞAHSUVARQIZI

Vumart və Güvən reklamı Vumart Güvən