"Bəlkə də İrana qoşun yeritməyə ehtiyac olmayacaq" - ABŞ-nin müharibə naziri
Bəlkə də İrana qoşun yeritməyə ehtiyac olmayacaq.
Redaktor.az xəbər verir ki, bu barədə ABŞ-nin müharibə naziri Pit Heqset bu gün mətbuat konfransında bildirib.
“İran düşünür ki, biz onlara 15 müxtəlif yolla müdaxilə edə bilərik. Həqiqətən də belə imkanlarımız var", - o qeyd edib.
Nazir bu imkanlardan yararlana biləcəklərini bildirib. O vurğulayıb ki, lakin bu gözlənilməz olmalıdır.
“Lazım gələrsə, bunları həyata keçirə bilərik, amma bəlkə də heç istifadə etməyə ehtiyac olmayacaq”, - Heqset əlavə edib.













