İsrail İranın əsas hərbi-sənaye obyektlərinə zərbələri aprelin 1-dək DAYANDIRACAQ

 17:41 31.03.2026     271

İsrail Hərbi Hava Qüvvələri aprelin 1-dək İranın müdafiə sənayesinin mühüm obyektlərinə zərbələr endirməyi planlaşdırır.

Redaktor.az xəbər verir ki, bu barədə "The Times of Israel" nəşri ordu bəyanatına istinadən məlumat yayıb. 

Bildirilib ki, zərbələr İsrail üçün təhlükə yaradan əsas silah istehsalı və inkişafı müəssisələrini hədəf alacaq. Qeyd olunur ki, bu obyektlər İranın hərbi istehsalının təxminən 70 faizini təşkil edir.

Məlumata görə, İsrail gələcəkdə daha az əhəmiyyətli hədəflərə qarşı da zərbələr endirə bilər.

Hərbi mənbələr bildiriblər ki, hücumlar İranın ballistik raket buraxıcılarına, hava hücumundan müdafiə sistemlərinə, hərbi zabitlərinə, eləcə də məhv edilməsi iqtisadi zərər vuracaq obyektlərə qarşı davam etdiriləcək.

Ötən həftənin sonunda İsrail Müdafiə Qüvvələrinin sözçüsü Effie Defrin açıqlamasında qeyd edib ki, İsrail yaxın günlərdə İranın hərbi sənayesinin əsas elementlərinə qarşı genişmiqyaslı hücumları başa çatdıra bilər.

İsrail Müdafiə Qüvvələri hesab edir ki, qısa müddətdə İranın əsas silah istehsalı müəssisələrinin təxminən 90 faizi məhv edilə bilər.

Aminə ŞAHSUVARQIZI

Vumart və Güvən reklamı Vumart Güvən