İranın İsrailə endirdiyi zərbə nəticəsində yaralananların SAYI
İranın İsrailin mərkəzi ərazisinə endirdiyi ballistik raket zərbəsi nəticəsində ən azı 14 nəfər yaralanıb, o cümlədən bir qızın vəziyyəti ağırdır.
Redaktor.az xəbər verir ki, bu barədə "Times of Israel" qəzeti məlumat yayıb.
Məlumata görə, qəlpə zərbəsindən sonra ağır vəziyyətdə olan 11 yaşlı qıza tibbi yardım göstərilib. Partlayış zamanı 36 yaşlı qadın və 13 yaşlı oğlan da yaralanıb. 11 nəfər isə yüngül xəsarət alıb.
İsrail bildirib ki, İran raketi kasetli döyüş sursatı daşıyıb.
Aminə ŞAHSUVARQIZI













