İranın dörd hökumət məmuru casusluq ittihamı ilə həbs EDİLDİ

 11:01 01.04.2026     275

İranın Babolsar şəhərində ən azı dörd dövlət məmuru həbs edilib.

Redaktor.az xəbər verir ki, bu barədə "Tasnim" məlumat yayıb.

Agentliyin məlumatına görə, saxlanılanlar casusluqda ittiham olunurlar, lakin onlara qarşı konkret ittihamlar göstərilməyib.

Martın 15-də Reza Radan fevralın 28-dən bəri ölkənin hüquq-mühafizə orqanlarının düşmənlə əməkdaşlıq etməkdə şübhəli bilinərək ən azı 500 nəfəri həbs etdiyini açıqlayıb.

Aminə ŞAHSUVARQIZI

Vumart və Güvən reklamı Vumart Güvən