İsrail İrana qarşı əməliyyatlar zamanı 800-dən çox döyüş uçuşu həyata keçirib
İsrail Hərbi Hava Qüvvələri 28 fevralda İrana qarşı başlayan "Aslan nəriltisi" əməliyyatı çərçivəsində 800-dən çox döyüş uçuşu həyata keçirib.
Redaktor.az xəbər verir ki, İsrail Hərbi Hava Qüvvələrinin mətbuat xidmətinin açıqlamasında deyilir:
"Bu günə qədər İsrail Hərbi Hava Qüvvələri təxminən 16.000 müxtəlif növ sursatdan istifadə edərək 800-dən çox döyüş uçuşu həyata keçirib".
Aminə ŞAHSUVARQIZI













