Müharibənin başlanğıcından bəri İsraildə yaralananların SAYI
İsrail Səhiyyə Nazirliyi son 24 saat ərzində İranın hücumları nəticəsində 104 nəfərin yaralandığını və xəstəxanaya yerləşdirildiyini bildirir.
Redaktor.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
"Əl-Cəzirə" bildirir ki, bu rəqəmə İranın mərkəzi İsrailə son hücumlarında yaralananların sayı daxil deyil. Bu hücumlarda ikisi uşaq olmaqla on dörd nəfər yaralanıb.
Nazirliyin məlumatına görə, 28 fevralda müharibə başlayandan bəri yaralanan israillilərin ümumi sayı 6286 nəfərə çatıb. Onlardan 100-ü hələ də xəstəxanadadır.
Aminə ŞAHSUVARQIZI













