"Amerikanın ağalıq dövrünün sona yaxınlaşması heç kəsdə şübhə doğurmur" - Zərdüşt Əlizadə

 14:49 01.04.2026     599

"Tramp özü üçün bir həyat üslubu seçib, davranış üslubu seçib. Buna təlxəklik və dələduzluq deyirlər. Azərbaycan siyasətində də belə adamlar olub. Boş-boş danışıblar, boş-boş işlər görüblər. Yəni qeyri-ciddi adamlar Azərbaycan siyasətində də var, Avropa siyasətində də var, Amerika siyasətində də var, Şərq siyasətində də var, hər yerdə var".

Bu fikirləri Redaktor.az-a bəhs edən politoloq Zərdüşt Əlizadə ABŞ Prezidenti Donald Trampın son bir ayda verdiyi ziddiyətli açıqlamalarından danışarkən bildirdi.

O əlavə etdi ki, Tramp elə adamdır ki, onun heç bir sözünə ciddi yanaşmaq lazım deyil:

"Onun əməllərinə baxmaq lazımdır. Əməlləri isə ondan ibarətdir ki, İsrail və Amerika - iki nüvə dövləti, iki terrorçu, həyasız, abırsız dövlət, beynəlxalq hüquqa rəğmən hansısa bir nüvə silahı olmayan dövlətə hücum edir. Onlar beynəlxalq hüququ pozur. Açıq deyirlər ki, biz BMT nizamnaməsini tanımırıq, beynəlxalq hüququ tanımırıq. Amma İran çox böyük rəşadətlə, mətanətlə döyüşür. Hüququnu, gerçəkliyini, hegemonluğunu, suverenliyini müdafiə edir, təsbit edir. Bir ay ərzində gedən müharibədə nə İsrail, nə Amerika istəyinə çatır. İrana böyük ziyan vurur, böyük obyektlərini xaraba qoyur, xeyli adam öldürür. Amma İran da onlara ağır ziyanlar, zərbələr endirir və ümumiyyətlə, mənəvi qələbəni İran qazanır. İş o yerə çatır ki, bir çox ömrü boyu İrana mənfi münasibət bəsləyən siyasətçilər İranın siyasi cəhətdən haqlı olduğunu deyir və İranın ədalətli, haqlı işini müdafiə edir. Mən əminəm ki, müharibə davam etsə, bir müddət də getsə, - Tramp deyir 2 həftə, 3 həftə, 4 həftə - İran quruluşu qalsa, İran dövləti qalsa, bu onun əslində böyük qələbəsidir. Amerika və İsrail böyük məğlubiyyətə uğrayır və artıq Amerikanın ağalıq, hökmranlıq dövrünün sona yaxınlaşması heç kəsdə şübhə doğurmur. İsrailin isə bir dövlət kimi məhv olması ehtimalı güclənir".

Nuriyyə NATİQQIZI

Vumart və Güvən reklamı Vumart Güvən