Böyük Britaniya Hörmüz boğazının açılması ilə bağlı beynəlxalq diplomatik konfransa ev sahibliyi edəcək
Böyük Britaniyanın Baş naziri Kir Starmer bu həftə Hörmüz boğazının yenidən açılması ilə bağlı beynəlxalq diplomatik konfransa ev sahibliyi edəcəyini açıqlayıb.
Redaktor.az xəbər verir ki, bu barədə BBC məlumat yayıb.
Starmer qeyd edib ki, 35 ölkə əsas neft nəqli marşrutunda təhlükəsizliyin bərpası üçün əməkdaşlıq etməyi öhdəsinə götürən bəyannamə imzalayıb.
Böyük Britaniyanın Baş naziri əlavə edib ki, Xarici İşlər Naziri İvet Kuper bu məsələ ilə bağlı konfransa sədrlik edəcək.
Starmer bildirib ki, sabitliyi bərpa etmək üçün "hərbi qüvvə və diplomatik fəaliyyətin vahid cəbhəsi"nə ehtiyac var və Britaniyanın Yaxın Şərqdəki münaqişəyə cəlb olunmayacağını bir daha vurğulayıb.
Aminə ŞAHSUVARQIZI













