"Zelenskini razı sala bilməmək AB-nin neft böhranına səbəb oldu" - Fiko
Avropa İttifaqı neft böhranı ilə üzləşib.
Redaktor.az xəbər verir ki, bu barədə Slovakiyanın Baş naziri Robert Fiko bildirib:
“Avropa İttifaqı daxilində bir-birinin ardınca ölkələr yalnız Yaxın Şərqdəki müharibə ilə deyil, həm də Aİ-nin Zelenskini Drujba neft kəmərini bərpa etməyə inandıra bilməməsi ilə bağlı olduğumuz nəhəng böhrana cavab vermək üçün bir həll yolu axtarır”.
Baş nazirin sözlərinə görə, Avropada neft təchizatı ilə bağlı vəziyyət daha da pisləşə bilər.
“Avropanın yaranmış böhran üzərində heç bir təsiri, nəzarəti yoxdur”, - deyə o bildirib.
Fiko qeyd edib ki, Avropa ölkələri yanacaq doldurma limitləri də daxil olmaqla ciddi qənaət tədbirlərini müzakirə edir.
Onun sözlərinə görə, Drujba boru kəmərinin açılması təkcə Slovakiya və Macarıstanda deyil, bütün Mərkəzi Avropada vəziyyəti əhəmiyyətli dərəcədə sabitləşdirə bilər.
Aminə ŞAHSUVARQIZI













