İrana sülh çağırışı: ABŞ daha sərt addımlar ata bilər
ABŞ Müdafiə Nazirliyinin ictimaiyyətlə əlaqələr üzrə köməkçisi Şon Parnell İran hakimiyyətini Vaşinqtonla sülh sazişi bağlamağa çağırıb.
Redaktor.az xəbər verir ki, o, bu barədə X hesabında paylaşım edib.
Parnell bildirib ki, Tehran bu addımı atsa, “müdrik qərar” vermiş olar. Əks halda, onun sözlərinə görə, Pentaqon daha güclü və misli görünməmiş səviyyədə cavab verəcək.
Bundan bir gün əvvəl Pit Heqset qeyd edib ki, İrana qarşı keçirilən hərbi əməliyyatda yaxın günlər həlledici olacaq.
Nuriyyə NATİQQIZI













