İsraildə ölüm cəzası qanununa etiraz olaraq tətil KEÇİRİLİR

 15:59 01.04.2026     280

Qərb Sahilində İsrail parlamentinin qəbul etdiyi qanuna etiraz olaraq ümumi tətil elan edilib.

Redaktor.az xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb.

Bildirilib ki, tətil çərçivəsində mağazalar bağlanıb, küçələr isə boş qalıb. Etirazlara səbəb israilliləri qətlə yetirməkdə ittiham olunan fələstinlilərə ölüm hökmü tətbiqini nəzərdə tutan qanundur.

Qeyd olunub ki, ölüm hökmünün asılmaqla icra ediləcəyi və həm Qərb Sahilindəki fələstinlilərə, həm də bu ittihamlarla məhkum edilmiş İsrail vətəndaşlarına şamil ediləcəyi bildirilir.

Tənqidçilər isə qanunun əsasən fələstinli İsrail vətəndaşlarına qarşı tətbiq olunacağını vurğulayırlar. Qərb Sahili sakinləri beynəlxalq ictimaiyyəti fələstinliləri dəstəkləməyə çağırıblar.

Məlumata görə, qanuna qarşı London və Qəzza zolağında da nümayişlər keçirilib. BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarı isə İsraili ölüm hökmünün bərpasından imtina etməyə çağıraraq, qanunun ayrı-seçkilik xarakteri daşıdığını və dərhal ləğv edilməli olduğunu bildirib.

Aminə ŞAHSUVARQIZI

Vumart və Güvən reklamı Vumart Güvən