Rusiya İsrailin Xəzər dənizindəki logistikaya yaratdığı təhdidləri qəbuledilməz SAYIR
Rusiya İsrail tərəfindən Xəzər dənizində logistika və ticarət fəaliyyətlərinə yaradılan təhdidləri qəbuledilməz hesab edir.
Redaktor.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova brifinq zamanı bildirib.
O qeyd edib ki, su hövzələrində, o cümlədən ticarət və yükdaşımaların həyata keçirildiyi ərazilərdə yaradılan təhlükələr bütün sahilyanı dövlətlər tərəfindən ciddi şəkildə pislənməlidir.
“İsrailin su hövzələrində yaratdığı bu cür təhdidlər, o cümlədən ticarət və nəqliyyat üçün risklər, bizim üçün qəbuledilməzdir və qəti şəkildə pislənməlidir”, – deyə Zaxarova vurğulayıb.
Nuriyyə NATİQQIZI













