İran yeni HHM sistemini işə saldı və İsrailin pilotsuz təyyarəsini VURDU

 09:29 02.04.2026     348

İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) İsrailin "Orbiter" pilotsuz təyyarəsini yeni hava hücumundan müdafiə sistemi ilə vurub.

Redaktor.az xəbər verir ki, bu barədə ISNA agentliyi SEPAH-ın bəyanatına istinadən xəbər yayıb.

"İsrailin "Orbiter" pilotsuz təyyarəsi Qum əyaləti üzərində yeni inkişaf etmiş hava hücumundan müdafiə sistemi ilə vurulub", -deyə bəyanatda qeyd olunub.

Konkret olaraq hansı hava hücumundan müdafiə sistemindən söhbət getdiyi açıqlanmayıb.

Vumart və Güvən reklamı Vumart Güvən