Tehranda 100 illik tarixi olan Pasteur İnstitutuna HÜCUM - FOTO

 13:00 02.04.2026     221

İran Səhiyyə Nazirliyi ABŞ və İsrailin Tehrandakı 100 illik Pasteur İnstitutunu hədəf aldığını bildirib.

Redaktor.az xəbər verir ki, bu barədə məlumat İran Səhiyyə Nazirliyinin sözçüsü Hüseyn Kermanpur tərəfindən X-də verilən açıqlamada yayılıb.

Kermanpur bildirib: “100 illik qlobal səhiyyə mərkəzi və Beynəlxalq Pasteur Şəbəkəsinin üzvü olan İranın Pasteur İnstitutuna edilən hücum beynəlxalq səhiyyə təhlükəsizliyinə birbaşa hücumdur. Bu, Cenevrə Konvensiyalarını və beynəlxalq humanitar hüquq prinsiplərini pozur. Biz Ümumdünya Səhiyyə Təşkilatını, Beynəlxalq Qırmızı Xaç Komitəsini və beynəlxalq səhiyyə təşkilatlarını bu hücumu pisləməyə, dəymiş ziyanı qiymətləndirməyə və bərpa işlərinə kömək etməyə çağırırıq”.

Aminə ŞAHSUVARQIZI

222
Vumart və Güvən reklamı Vumart Güvən