Amerikaya məxsus kəşfiyyat təyyarəsi Qara dəniz üzərindən UÇDU

 13:20 02.04.2026     212

ABŞ Hərbi Hava Qüvvələrinə məxsus kəşfiyyat təyyarəsi Qara dəniz üzərində, Rusiya sərhədi yaxınlığında müşahidə edilib.

Redaktor.az xəbər verir ki, bu barədə məlumat "RİA Novosti" agentliyinin təyyarənin uçuş məlumatlarına istinadən yaydığı xəbərdə verilib.

Agentliyin məlumatına görə, təyyarə Rumıniyanın Konstansa şəhərindən havaya qalxıb, Krımın yanından keçib və demək olar ki, Rusiya və Gürcüstan sərhədinə çatdıqdan sonra geri dönüb.

Aminə ŞAHSUVARQIZI

Vumart və Güvən reklamı Vumart Güvən