“Mən buna cavab verməyəcəyəm, bu, cavaba layiq deyil” - Makrondan Trampa CAVAB
Fransa Prezidenti Emmanuel Makron ABŞ lideri Donald Trampın şəxsi zarafatlarını “yersiz” hesab edib.
Redaktor.az xəbər verir ki, BFMTV-nin məlumatına görə, Makron Trampın onun evliliyi ilə bağlı açıqlamalarını qəti şəkildə tənqid edib.
Fransa lideri amerikalı həmkarının sözlərini “nə zərif, nə də ləyaqətli” adlandırıb və əlavə edib: “Mən buna cavab verməyəcəyəm, bu, cavaba layiq deyil”.
Daha əvvəl Ağ Evdə keçirilən brifinq zamanı Tramp Makronla həyat yoldaşı Bricit Makron arasındakı münasibətlər barədə zarafat etmişdi. Tramp demişdi: “Mən Makrona zəng etdim, ona həyat yoldaşı tərəfindən çox pis rəftar edilir. O, hələ də çənəsinə aldığı zərbədən sonra özünə gəlir”.
Aminə ŞAHSUVARQIZI













