İran ətrafındakı vəziyyət həll olunsa, Rusiya-Afrika sammitində iştirak edəcək

 15:20 02.04.2026     201

Misir Prezidenti Əbdülfəttah əs-Sisi Yaxın Şərqdəki münaqişənin kəskin mərhələsi başa çatacağı təqdirdə Rusiya-Afrika sammitində iştirak edə bilər.

Redaktor.az xəbər verir ki, bu barədə Misirin xarici işlər naziri Bədr Əbdül Ətti Rusiya Prezidenti Vladimir Putinlə görüşündə bildirib.

Nazir qeyd edib: “Biz çox ümid edirik ki, regionumuzdakı münaqişənin kəskin mərhələsi mümkün qədər tez başa çatacaq və Misir Prezidenti Rusiya-Afrika sammitində şəxsən iştirak edə biləcək”.

Aminə ŞAHSUVARQIZI

Vumart və Güvən reklamı Vumart Güvən