Rusiya İranla enerji müqavilələrini ləğv edir? - AÇIQLAMA
Rusiya İranla enerji müqavilələrini dayandırmağı planlaşdırmır.
Redaktor.az xəbər verir ki, bu barədə Rusiyanın energetika naziri Sergey Tsivilev “Energoprom-2026” forumu zamanı jurnalistlərə bildirib.
Tsivilev qeyd edib: “İranla bağladığımız enerji müqavilələrini ləğv etməyəcəyik. Bu enerji müqavilələrini enerji ədaləti və texnoloji suverenlik prinsiplərimizə əsaslanaraq daha da inkişaf etdirəcəyik”.
Aminə ŞAHSUVARQIZI













