SEPAH komandanı Məhəmməd Əli Fətəlizadə ÖLDÜRÜLDÜ

 16:11 02.04.2026     395

SEPAH-ın “Fatehin” xüsusi bölməsinin komandanı, briqada generalı Məhəmməd Əli Fətəlizadə hava zərbəsi nəticəsində öldürülüb.

Redaktor.az xəbər verir ki, bu barədə məlumatı “Defa Press” yayıb.

Məlumata görə, o, aprelin 1-də İrana qarşı davam edən ABŞ–İsrail zərbələri zamanı öldürülüb.

Qeyd edək ki, “Fatehin” bölməsinin üzvləri yüksək səviyyəli hərbi hazırlıq keçib və əvvəllər Suriyada müharibədə iştirak ediblər.

Vumart və Güvən reklamı Vumart Güvən