SEPAH daha bir ABŞ qırıcısını VURDU - YENİLƏNİB
İran səmasında vurulan ABŞ-nin F-35 qırıcısının pilotu katapult edib.
Redaktor.az “Tasnim”ə istinadla xəbər verir ki, İran hərbçilərinin pilotu əsir götürdüyü ehtimal olunur.
Məlumata görə, ABŞ-nin hərbi nəqliyyat təyyarələri və helikopterləri pilotun sağ qalma ehtimalını nəzərə alaraq, onun axtarışını aparır.
Məsələ ilə bağlı hələlik rəsmi məlumat yoxdur.
***
İran səmasında ABŞ-yə məxsus daha bir F-35 qırıcısı vurulub.
Redaktor.az TASS-a istinadla xəbər verir ki, hadisə Qeşm adasının cənubunda baş verib.
“Bir neçə dəqiqə əvvəl ölkənin inteqrasiya olunmuş hava hücumundan müdafiə şəbəkəsi tərəfindən idarə olunan SEPAH Dəniz Hava Hücumundan Müdafiə Sistemi düşmənin müasir qırıcı təyyarəsini uğurla hədəfə alaraq məhv edib”, – qurumun yaydığı rəsmi bəyanatda bildirilir.
Xatırladaq ki, fevralın 28-dən etibarən ABŞ və İsrailin İrana qarşı başlatdığı genişmiqyaslı hərbi əməliyyatlar davam edir. Tehran buna cavab olaraq İsrailə, eləcə də Səudiyyə Ərəbistanı, Bəhreyn, Qətər, Küveyt və BƏƏ-də yerləşən Amerika hərbi bazalarına raket və PUA-larla zərbələr endirib.
Məlumat üçün bildirək ki, bu, İranın müasir Amerika texnikasını vurduğu ilk hal deyil. Mart ayında da İran tərəfi ABŞ-nin “görünməz” hesab edilən “F-35” gizli qırıcı-bombardmançı təyyarəsini vurduğunu açıqlamışdı.













