Tramp ABŞ qırıcısının vurulmasına münasibət bildirdi

 09:58 04.04.2026     284

ABŞ Prezidenti Donald Tramp İran səmasında Amerika qırıcısının vurulmasına münasibət bildirib.

Redaktor.az xarici KİV-ə istinadən xəbər verir ki, Amerika liderinin sözlərinə görə, insident Vaşinqtonun Tehranla danışıqlarına təsir etməyəcək.

Tramp qeyd edib ki, belə vəziyyətlər müharibənin tərkib hissəsidir.

Qeyd edək ki, ötən gün İran səmasında ABŞ Hərbi Hava Qüvvələrinə məxsus F-15 E qırıcı təyyarəsi vurulub.

Vumart və Güvən reklamı Vumart Güvən