İranda vurulan hərbi təyyarənin ikinci ekipaj üzvü xilas EDİLDİ

 09:05 05.04.2026     345

ABŞ Prezidenti Donald Tramp İranda vurulan F-15E qırıcısının ikinci ekipaj üzvünün uğurla xilas edildiyini təsdiqləyib.

Redaktor.az xəbər verir ki, bu barədə o, "Truth Social" hesabında yazıb.

“Biz onu xilas etdik! ABŞ Silahlı Qüvvələri son saatlarda tariximizin ən cəsarətli axtarış-xilasetmə əməliyyatlarından birini həyata keçirdi. Mən böyük məmnuniyyətlə bildirirəm ki, o sağdır”, – deyə Tramp qeyd edib.

ABŞ lideri əlavə edib ki, pilot yaralansa da, onun vəziyyəti stabildir və tezliklə sağalacağı gözlənilir.

Vumart və Güvən reklamı Vumart Güvən