"Türk Axını" qaz kəmərinin Macarıstan hissəsi hərbi mühafizə altına alınacaq

 19:32 05.04.2026     213

Macarıstandakı Serbiyadan Slovakiyaya qədər uzanan “Türk Axını” qaz kəmərinin hissəsi hərbi mühafizə altına alınacaq.

Redaktor.az-ın məlumatına görə, bu barədə Macarıstanın xarici işlər naziri Peter Siyarto bildirib.

“Müdafiə Şurasının iclasında Baş nazir hərbçilərə “Türk Axını” qaz kəmərinin Macarıstan hissəsini qorumağı əmr etdi. Əsgərlər Serbiya-Macarıstan sərhədindən Macarıstan-Slovakiya sərhədinə qədər bütün uzunluğu boyunca kəməri və onun nöqtələrini qoruyacaqlar”, - deyə Siyarto bildirib.

Aminə ŞAHSUVARQIZI

Vumart və Güvən reklamı Vumart Güvən