Tramp İranla iki həftəlik atəşkəs elan ETDİ

 02:45 08.04.2026     437

ABŞ Prezidenti Donald Tramp İrana hücumu iki həftəlik dayandırdığını açıqlayıb. 

Redaktor.az xəbər verir ki, o bu qərara Pakistanın Baş naziri Şahbaz Şərifin ondan İranla razılaşma əldə etmək üçün son tarixin iki həftə müddətinə uzadılması xahişindən sonra gəlib. 

"İki həftəlik atəşkəsi qəbul etdim", - deyə Tramp bildirib. 

"İranla sülhə çox yaxınlaşdıq" - ABŞ lideri bildirib. 

Tramp bunun qarşılığında İrandan Hörmüz boğazının açılmasını istəyib. 

T. İSMAYIL

Vumart və Güvən reklamı Vumart Güvən