Paşinyan ABŞ və İranın hərbi əməliyyatları dayandırmaq qərarını alqışladı

 14:02 08.04.2026     141

Ermənistan ABŞ və İranın hərbi əməliyyatları dayandırmaq qərarını alqışlayıb.

Redaktor.az xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan açıqlayıb.

O bildirib ki, Yerevan ABŞ və İranın bütün hərbi əməliyyatları dayandırmaq qərarını dəstəkləyir və Pakistanın vasitəçilik səylərini yüksək qiymətləndirir.

Paşinyan vurğulayıb ki, diplomatiya Yaxın Şərqdə sülhün qorunmasında əsas rol oynamalıdır.

Aminə ŞAHSUVARQIZI

Vumart və Güvən reklamı Vumart Güvən