"Ölkəyə hücum ediləcəyi təqdirdə sərt cavab veriləcək"
İran ordusu mümkün hücumlara sərt cavab vəd edib.
Redaktor.az xəbər verir ki, bunu İran ordusunun komandanı Əmir Hatəmi bildirib.
O qeyd edib ki, İrana qarşı istənilən hücum sarsıdıcı cavabla qarşılanacaq.
Hatəmi vurğulayıb ki, ölkənin ərazisinə yönələn hər hansı təhdid peşmanedici nəticələrə səbəb olacaq.
Aminə ŞAHSUVARQIZI













