"BMT İrana qarşı təcavüzdə "təlimat kitabçası"yla hərəkət edir"
"BMT strukturları İrana qarşı təcavüzün nəticələrini qiymətləndirərkən Yaxın Şərqdəki münaqişənin əsas səbəbini açıqlamadan "təlimat kitabçasıyla" hərəkət edirlər".
Redaktor.az xəbər verir ki. bu sözləri Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib.
O qeyd edib ki, BMT strukturları İrana qarşı təcavüzün nəticələrini qiymətləndirərkən münaqişənin əsas səbəblərini açıqlamır.
Zaxarova vurğulayıb ki, beynəlxalq təşkilatların hesabatlarında əsas risklər enerji və gübrə resurslarının mövcudluğu ilə bağlıdır.
Onun sözlərinə görə, BMT Yaxın Şərqdəki vəziyyətin kök səbəblərinə toxunmur və bu yanaşma düzgün deyil.
Aminə ŞAHSUVARQIZI













