"İran Hörmüz boğazında təhlükəsizliyi təmin etməlidir" - Takaiçi

 16:49 08.04.2026     189

Yaponiya Baş naziri İrandan Hörmüz boğazında təhlükəsizliyi təmin etməsini tələb edib.

Redaktor.az xəbər verir ki, bunu Baş nazir Sanae Takaiçi İran Prezidenti Məsud Pezeşkianla telefon danışığında bildirib.

O, regionda vəziyyətin sabitləşdirilməsinin vacibliyini vurğulayıb və ABŞ-İran arasında elan olunan iki həftəlik atəşkəsi alqışlayıb.

Aminə ŞAHSUVARQIZI

Vumart və Güvən reklamı Vumart Güvən