“ABŞ-İran atəşkəsi sülh üçün qaçırılmamalı olan mühüm fürsətdir” - Ərdoğan

 22:32 08.04.2026     450

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ və İran arasında əldə olunmuş iki həftəlik atəşkəsi regionda davamlı sülh və sabitlik üçün "qaçırılmaması lazım olan bir fürsət" kimi qiymətləndirib.

Redaktor.az xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Qətər Əmiri Şeyx Təmim bin Həməd Əl Sani ilə keçirdiyi telefon danışığı zamanı bildirib.

Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsinin yaydığı məlumata görə, tərəflər İranda əldə edilən atəşkəsi və regiondakı son hadisələri geniş müzakirə ediblər. Ərdoğan vurğulayıb ki, bu müvəqqəti fasilə bölgədə uzunmüddətli sabitliyin bərqərar olması üçün mühüm bir qapı açıb.

Türkiyə lideri daha əvvəl də bəyan etdiyi kimi, atəşkəs razılaşmasını alqışladığını bir daha diqqətə çatdırıb və bu prosesin hər hansı təxribat və sabotaj olmadan tam şəkildə həyata keçirilməsinə ümid etdiyini bildirib.

Aminə ŞAHSUVARQIZI

 

Vumart və Güvən reklamı Vumart Güvən