Şahın oğlu Trampı və Netanyahunu SİLDİ

 00:00 09.04.2026     184

İranın 1979-cu ildə devrilmiş sonuncu şahının oğlu Rza Pəhləvi ABŞ Prezidenti Donald Trampı və İsrailin Baş naziri Benyamin Netanyahunu instaqramda izləmədən çıxarıb. 

Redaktor.az xəbər verir ki, bu, Amerika liderinin Tehranla atəşkəs elan etməsindən sonra baş verib.

Qeyd edək ki, 7 apreldə Ağ Ev İranla iki həftəlik atəşkəs elan edib. ABŞ Vaşinqtonun Tehrandan münaqişənin həlli üçün 10 maddəlik təklif aldığını və bunun üzərində işləməyə davam etməyə hazır olduğunu bildirib. Tramp qeyd edib ki, atəşkəsin bir hissəsi olaraq İran Hörmüz boğazının açılmasına razılıq verib.

Vumart və Güvən reklamı Vumart Güvən