"Pakistan ABŞ-İran danışıqları üçün təhlükəsizliyi tam təmin etməyə hazırdır"
Pakistan hakimiyyəti İslamabadda keçiriləcək ABŞ-İran danışıqlarında xarici nümayəndə heyətlərinin təhlükəsizliyini tam təmin etməyə hazırdır.
Redaktor.az xəbər verir ki, Pakistanın daxili işlər naziri Möhsin Rza Naqvi bunu ABŞ-nin Pakistandakı səfiri Natali Beykerə bildirib.
"Dawn" qəzetinin məlumatına görə, nazir deyib: "Bütün xarici qonaqların mütləq təhlükəsizliyini təmin etmək üçün hərtərəfli plan hazırlanıb".
Nəşrin bildirdiyinə görə, təhlükəsizlik tədbirlərini yoxlamaq məqsədilə artıq 30 Amerika hərbçisindən ibarət qabaqcıl qrup İslamabada gəlib.
Aminə ŞAHSUVARQIZI













