İran nümayəndə heyəti ABŞ ilə danışıqlar aparmaq üçün Pakistana getdi

 09:00 10.04.2026     336

İran parlamentinin sədri Məhəmməd Bağır Qalibaf və xarici işlər naziri Abbas Əraqçinin rəhbərlik etdiyi İran nümayəndə heyəti ABŞ ilə danışıqlar aparmaq üçün İslamabada gəlib.

Redaktor.az xəbər verir ki, bu barədə "The Wall Street Journal" mənbələrə istinadən məlumat yayıb.

Qəzetin məlumatına görə, Pakistan artıq 11 apreldə danışıqlar aparmağa hazırlaşır. 

ABŞ nümayəndə heyətinə isə vitse-prezident Ceyms Devid Vensin rəhbərlik edəcəyi gözlənilir.

Vumart və Güvən reklamı Vumart Güvən