Şaumyanın heykəli SÖKÜLÜR

 11:35 11.04.2026     391

Ermənistanın Ararat vilayətinin mərkəzi Ararat şəhərində azərbaycanlılara qarşı soyqırımı təşkil edən bolşevik Stepan Şaumyanın abidəsini götürüləcək.

Redaktor.az "Hraparak" qəzetinə istinadən xəbər verir ki, bu barədə şəhər administrasiyası qərar verib.

Yaxın gələcəkdə bu məsələ ilə bağlı ictimai dinləmələr keçirilməsi planlaşdırılır.

Ararat administrasiyasının rəhbəri Helen Qasparyan bildirib ki, Stepan Şaumyanın heykəlinin ərazidən çıxarılması sakinlərin istəyidir.

İmza toplamaq barədə soruşulduqda, o, heç bir imza toplamadığını, "sadəcə müzakirə aparıldığını" bildirib.

Vumart və Güvən reklamı Vumart Güvən