Elçin Əmirbəyov Jiri Brodski ilə Cənubi Qafqazda təhlükəsizlik məsələlərini müzakirə ETDİ

 00:02 15.04.2026     187

Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov Çexiyanın xarici işlər nazirinin müavini Jiri Brodski ilə görüşüb.

Redaktor.az xəbər verir ki, bu barədə J.Brodski "X" sosial şəbəkə hesabında paylaşım edib.

Elçin Əmirbəyov Jiri Brodski ilə Cənubi Qafqazda təhlükəsizlik məsələlərini müzakirə edib

"Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Elçin Əmirbəyovu Praqada qarşılamaqdan məmnunam. Görüşdə Cənubi Qafqazda təhlükəsizliklə bağlı vəziyyəti, həmçinin çex şirkətləri üçün imkanları, təhsil sahəsində əməkdaşlığı və Bakıya birbaşa uçuşlar fonunda turizm əlaqələrini müzakirə etdik", - deyə o, paylaşımında bildirib.

Elçin Əmirbəyov Jiri Brodski ilə Cənubi Qafqazda təhlükəsizlik məsələlərini müzakirə edib

Vumart və Güvən reklamı Vumart Güvən