Hörmüz boğazı böhranı: ABŞ üçün risklər niyə artır?

 10:17 15.04.2026     246

ABŞ-nin Hörmüz boğazını blokadaya alması Amerika qoşunları arasında daha çox itkiyə səbəb ola bilər.

Redaktor.az xəbər verir ki, TASS-ın məlumatına görə, bu barədə CNN-in analitik hesabatında bildirilir.

Məlumata əsasən, boğazın blokadasını həyata keçirmək üçün ABŞ-nin əhəmiyyətli hərbi resurslar ayırması tələb olunacaq. Bu isə ordunu daha böyük risk altına sala bilər, çünki Vaşinqton indiyə qədər hücumlarının əksəriyyətini əsasən havadan həyata keçirib.

Hesabatda qeyd olunur ki, İran artıq ABŞ gəmilərinə dronlar və sürətli qayıqlarla hücum edəcəyi barədə xəbərdarlıq edib. Bu da mümkün qarşıdurma zamanı Amerika hərbçiləri arasında itkilərin artması riskini yüksəldir.

Aminə ŞAHSUVARQIZI

 

Vumart və Güvən reklamı Vumart Güvən