Türkiyədə daha bir məktəbə silahlı hücum - 4 nəfər öldü - YENİLƏNİB
Türkiyədə məktəbə silahlı hücum nəticəsində 4 nəfər ölüb.
NTV-nin xəbərinə görə, bu barədə Kahramanmaraş valisi bildirib.
Onun sözlərinə görə, ölənlərdən biri müəllim, üçü şagirddir.
Silahlı hücumu 8-ci sinif şagirdinin törətdiyi qeyd olunub.
***
15:21
Türkiyədə məktəbə silahlı hücum olub.
Redaktor.az NTV-yə istinadla xəbər verir ki, hadisə Kahramanmaraşda baş verib.
Hadisə nəticəsində 1 nəfərin öldüyü, 6 nəfərin isə yaralandığı bildirilir.
Hadisə yerinə çox saylı tibbi briqadalar və polis qüvvələri cəlb olunub.
Qeyd edək ki, ötən gün Şanlıurfada liseyə silahlı hücum olub, hadisə nəticəsində 16 nəfər yaralanıb. Hücumu törədən şəxs özünü öldürüb.













