ABŞ-Çin xəttində məktub diplomatiyası: İran faktoru ön planda

 15:31 15.04.2026     242

ABŞ Prezidenti Donald Tramp Çin lideri Si Cinpin ilə İran məsələsi ilə bağlı məktub mübadiləsi apardığını açıqlayıb.

Redaktor.az xəbər verir ki, bu barədə "Bloomberg" məlumat yayıb.

Tramp bildirib ki, Çin tərəfinin İrana silah tədarükü ilə bağlı yayılan xəbərlərdən sonra Pekinə müraciət edib:

“Çin neftə ehtiyacı olan tərəfdir, bizə isə bu lazım deyil. Mən onunla çox yaxşı münasibətdəyəm. O, mənə yenicə çox gözəl bir məktub yazdı. Mən Çin tərəfindən İrana silah göndərildiyini eşitdiyim üçün ona məktub yazaraq bunu etməməsini xahiş etdim. O isə cavabında belə bir şeyin olmadığını bildirdi”, – deyə ABŞ prezidenti qeyd edib.

Aytəkin TOFİQQIZI

Vumart və Güvən reklamı Vumart Güvən