“Hörmüzün təhlükəsizliyini biz təmin edirik” - İrandan sərt MESAJ

 16:53 15.04.2026     232

İran ABŞ və İsrailin Hörmüz boğazında naviqasiya təhlükəsizliyini pozduğunu və bu su yolunun təhlükəsizliyinin qarantının İran olduğunu bəyan edib.

Redaktor.az xəbər verir ki, bu barədə “Tasnim News Agency”in yaydığı məlumata əsasən İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi brifinqdə bildirib.

O qeyd edib: “İran həmişə Hörmüz boğazının təhlükəsizliyinin və sabitliyinin qarantı olub və son 40 gün ərzində onun təhlükəsizliyinin pozulması yalnız ABŞ və sionist rejimi tərəfindən tətbiq edilən müharibənin nəticəsidir”.

Qeyd edək ki, aprelin 13-də ABŞ Fars körfəzi və Oman körfəzində yerləşən İran limanlarına qarşı dəniz mühasirəsinə başlayıb.

Aminə ŞAHSUVARQIZI

Vumart və Güvən reklamı Vumart Güvən