ABŞ ordusu Kubada hərbi əməliyyatların keçirilməsinə hazırlığa BAŞLADI

 02:41 16.04.2026     320

Pentaqon Kubada hərbi əməliyyatların keçirilməsinə hazırlığa başlayıb.

Redaktor.az xəbər verir ki, bu barədə "USA Today" mənbələrə istinadən məlumat yayıb.

Tramp son aylarda dəfələrlə bildirib ki, İrandan sonra Kuba ilə məşğul olacaq. Məsələn, o, ada hakimiyyətinin devrilməsini təmin edəcəyini və İranla müharibə başa çatdıqdan sonra Kubanın ABŞ ordusu üçün növbəti hədəf olacağını qeyd edib.

Ötən ay Kuba xarici işlər nazirinin müavini Karlos Fernandes de Kossio mümkün hücumun qarşısını almağa hazırlıq getdiyini açıqlayıb.

Vumart və Güvən reklamı Vumart Güvən