"Müharibə “yaradıcı hekayə” ilə təqdim olunmalıdır" - Pezeşkian

 15:42 16.04.2026     216

İran Prezidenti Məsud Pezeşkian müharibə mövzusunda daha təsirli yanaşmaların tətbiqinə çağırış edib.

Redaktor.az xəbər verir ki, o, Mədəniyyət və İslam Rəhbərliyi Nazirliyinə səfəri zamanı çıxış edərək hadisələrin təqdimatında yaradıcı üsulların vacibliyini vurğulayıb.

Pezeşkian bildirib: “Müxtəlif və yaradıcı metodlardan istifadə etməklə effektiv hekayələr yaradılmalıdır”.

O əlavə edib ki, bu istiqamətdə fəaliyyətlər daha da gücləndirilməlidir.

Prezident qeyd edib ki, müharibə ilə bağlı hadisələrin və onların nəticələrinin izahı xüsusi əhəmiyyət daşıyır və İranın bu sahədə əldə etdiyi nəticələr düzgün formada ictimaiyyətə çatdırılmalıdır.

O, həmçinin ölkə daxilində fəaliyyət göstərən qurumların işini yüksək qiymətləndirərək bildirib ki, özünü güclü kimi təqdim edən qüvvələr İranla qarşılaşdıqda müqavimət nəticəsində geri çəkilməyə məcbur olublar.

Aminə ŞAHSUVARQIZI

Vumart və Güvən reklamı Vumart Güvən