Diplomatiyanın yerini raket və bombalar tutub - Ərdoğan

 21:39 16.04.2026     343

Dialoq və diplomatiyanın yerini raket ilə bombaların tutduğu dövrdə heç bir dövlət təhlükəsizlikdə deyil.

Redaktor.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda Parlamentlərarası İttifaqın 152-ci sessiyasına qatılan müxtəlif ölkələrin qanunverici orqanlarının sədrlərini qəbul edərkən çıxışı zamanı deyib.

"Dialoq və diplomatiyanın yerini raket ilə bombaların tutduğu dövrdə heç bir dövlət təhlükəsizlikdə deyil", - o bildirib və əlavə edib ki, Türkiyə bütün münaqişələrin sülh yolu ilə həllinin tərəfdarıdır.

Vumart və Güvən reklamı Vumart Güvən