Hazırda əsas diqqətim İrandadır - Trampdan Ukraynaya

 22:55 16.04.2026     348

ABŞ Prezidenti Donald Tramp Ukraynadakı münaqişənin tezliklə başa çatacağına ümid etdiyini bildirib.

Redaktor.az xəbər verir ki, bu barədə "RİA Novosti" məlumat yayıb.

"Ümid edirəm ki, bu, tezliklə bitəcək", - deyə Ağ Ev rəhbəri vurğulayıb. Trampın sözlərinə görə, hazırda onun diqqətini Ukraynadan daha çox İranla bağlı məsələlər məşğul edir.

Qeyd edək ki, bir qədər əvvəl Ukrayna Prezidenti Volodimir Zelenski Tramp və ətrafının Ukrayna Silahlı Qüvvələrinin (USQ) Donbasdan çıxarılmasının vacibliyini dilə gətirdiklərini və bunu münaqişənin həlli üçün əsas tələb hesab etdiklərini bildirmişdi. Zelenski həmçinin əlavə edib ki, ABŞ prezidentinin xüsusi elçisi Stiv Uitkoff və Trampın kürəkəni Cared Kuşnerlə Mayamidə keçirilən son danışıqlar heç bir nəticə verməyib.

Xədicə BAXIŞLI

Vumart və Güvən reklamı Vumart Güvən