Xarq adasının ələ keçirilməsi ilə bağlı plan dəyişdi - Trampdan gözlənilməz addım

 09:24 19.04.2026     519

ABŞ Prezidenti Donald Tramp amerikalı hərbçilər tərəfindən Xarq adasının ələ keçirilməsi planına qarşı çıxıb. O, quru əməliyyatının böyük itkilərə səbəb ola biləcəyindən ehtiyat edib.

Redaktor.az xəbər verir ki, bu barədə "The Wall Street Journal" mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə, Donald Trampa adaya desant əməliyyatının uğurla nəticələnəcəyinə dair zəmanət verilib. Buna baxmayaraq, Ağ Ev rəhbəri amerikalı hərbçilərin asan hədəfə çevriləcəyini və qəbuledilməz dərəcədə böyük itkilər verə biləcəyini düşünərək plana razılıq verməyib.

Vumart və Güvən reklamı Vumart Güvən