ABŞ-ni tənqid etdi

 21:13 19.04.2026     220

Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ-ni Rusiya nefti almaq üçün lisenziyasını uzatmaq qərarını tənqid edib.

Redaktor.az xəbər verir ki, bu barədə Zelenski teleqram kanalında məlumat verib.

"Rusiyaya qarşı sanksiyaların davamlı olaraq yumşaldılması münaqişənin real vəziyyətinə uyğun gəlmir", - deyə o, bildirib.

Zelenski, həmçinin tədbirlərin sərtləşdirilməsinin vacibliyini bildirib. Onun fikrincə, neft nəqlinin qarşısını almaq lazımdır.

O qeyd edib ki, buraya Rusiya tankerlərinin limanlara girməsinin qarşısının alınması da daxildir.

Vumart və Güvən reklamı Vumart Güvən