Ölkənin qəti mövqeyi nüvə nailiyyətlərinin İran ərazisində saxlanılmasıdır
İranın zənginləşdirilmiş uranının ABŞ-yə və ya hər hansı başqa ölkəyə göndərilməsi məsələsi heç vaxt danışıqlarda müzakirə olunmayıb.
Redaktor.az xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi İsmayıl Bəqai açıqlama verib.
O bildirib ki, ölkənin qəti mövqeyi nüvə nailiyyətlərinin İran ərazisində saxlanılmasıdır və bu istiqamətdə səsləndirilən iddialar tamamilə əsassızdır.
Bəqai vurğulayıb ki, İslam Respublikası belə bir ssenarini heç vaxt nəzərdən keçirməyib.
Aytəkin TOFİQQIZI













