Hörmüz boğazında hərəkət azaldı - VİDEO
Dəniz monitorinq məlumatları Hörmüz boğazında hərəkətin dəyişdiyini göstərir.
Redaktor.az xəbər verir ki, "MarineTraffic"in zamanlama göstəricilərinə əsasən, İranın yenidən məhdudlaşdırma qərarından sonra Hörmüz boğazı üzərindən keçən gəmilərin sayı azalıb.
Məlumata görə, qısa müddətli açılma dövründə aprelin 18-də boğazdan 20-dən çox gəmi keçib. Lakin daha sonra Tehran tərəfindən ABŞ-nin dəstəklədiyi danışıqların rədd edilməsi və atəşkəs prosesindən əvvəl yaranan gərginlik fonunda aprelin 20-də bu göstərici yenidən azalmağa başlayıb.
Analitik müşahidələr bölgədəki siyasi gərginliyin dəniz nəqliyyatına birbaşa təsir etdiyini göstərir.
Aminə ŞAHSUVARQIZI
A MarineTraffic timelapse shows shipping through the Strait of Hormuz plunging after Iran reimposed its closure. Over 20 vessels crossed on April 18 after a brief reopening, but traffic dropped by April 20 as Tehran rejected further US-backed talks before the ceasefire deadline. pic.twitter.com/hDrsMxZCL4
— Iran International English (@IranIntl_En) April 20, 2026













